Biznes İngilis dili

Yüksək ixtisaslı müəllimlərimiz tərəfindən idarə olunan Biznes İngilis dili kurslarımız, biznes və peşəkar ünsiyyət bacarıqlarınızı artırmağa yönəldilir. Bu kurslarda qrup fəaliyyətləri və real biznes dünyasından maraqlı iş nümunələri ilə interaktiv dərslərdə iştirak etməklə ingilis dilində əsas biznes terminologiyası və lüğətini öyrənəcəksiniz. Öyrənmə təcrübənizi artırmaq və müvəffəqiyyət əldə etmək üçün audio və əyani vəsaitlər istifadə edirək,sizing üçün ən yaxşı şəraiti yaradırıq.

 

Tələbələr nə öyrənəcəklər?

Son illər biznes İngilis dili biznes dünyasının beynəlxalq dili olaraq qəbul edilmişdir. Bu kursumuzdan keçmək, sizing hazırkı rolunuzda irəliləməyə kömək edəcək, biznesi öyrənmək və ya hədəf aldığınız işi təmin etmək üçün bir zəmin yaradacaqdır.

Əsas lüğət və konsepsiyalara diqqət yetirməklə iş etikası, beynəlxalq bazarlar, korporativ strukturlar, maliyyə və digər biznes subyektləri barədə biliklərinizi inkişaf etdirəcəksiniz. Təqdimatlar, görüşlər, danışıqlar, iş görüşmələri, konfrans zəngləri və sair kimi iş vəziyyətləri üçün bacarıqlar əldə edəcəksiniz.

Dərslərimiz işdə səmərəli ünsiyyət qurmağınız lazım olan danışma, yazı və dinləmə bacarıqlarına yönəlmişdir. Kurs həmçinin mədəniyyətlərarası və beynəlxalq iş mühitinin aspektlərini özündə cəmləşdirir.

Bu kurs karyera və ya təhsil məqsədləri üçün Business English biliklərini artırmaq istəyən mütəxəssislərə və tələbələrə yönəldilmişdir.

 

Ödəniş:

Biznes İngilis dili  (Qrup Dərs) 48 saat
Saat      Adi (AZN)  Intensiv (AZN)
09:00-11:00 119 178
11:00-13:00 129 193
13:00-15:00 99 148
15:00-17:00 139 208
17:00-19:00 109 163
19:00-21:00 149 223
Biznes İngilis dili (Fərdi Dərs) 36 saat
Saat   Adi (AZN)  Intensiv (AZN)
09:00-17:00 720 1080
17:00-21:00 900 1350