SAT təlimi

SAT təlimi haqqında məlumat:

SAT (Scholastic Aptitude Test) ali məktəblərə daxil olmaq istəyən yuxarı sinif şagirdlərin (əsasən 9, 10, 11 – ci sinif) və  tələbələrin verə biləcəyi imtahandır. Bu imtahanı verməklə siz xaricdə və bəzi yerli universitetlərdə bakalavr təhsili almaq imkanına sahib olursunuz.

SAT testi SAT 1 və SAT 2 olmaqla iki hissəyə bölünür. SAT 1 iki hissəyə bölünür: Verbal və Math hissəsi. SAT 2 isə xüsusi fənlərdən ibarətdir (fizika, kimya, biologiya, tarix və s.).

Hal – hazırda Barattsonda SAT 1 (Reasoning test) tədris olunur.

Tələbələrimiz Bakının ən prestijli məktəb və liseylərinin savadlı şagirdləridir. Onların  nəticələri ortalama 1350 – 1470 bal arasında dəyişir».

Qeyd 1: Verbal və Math hissənin maksimum balı 1600 – dür (hər biri 800 bal olmaqla).

Müəllim heyəti

«Müəllimlərimiz yerli müəllimlərdir və hər birinin müvafiq beynəlxalq sertifikatları mövcuddur. Əlavə olaraq, müəllimlərimiz xüsusi imtahanlar və demo dərslər vasitəsilə seçilir. Müəllimlər haqqında daha ətraflı məlumatı isə barattson.com/az/teachers saytından əldə edə bilərsiniz».

Conversation Club

«Tələbələrimiz üçün nəzərdə tutulmuş xüsusi əyləncəli, səviyyəyə yönəlik danışıq klubudur. Conversation club’ın üstün cəhətləri:

  1. Səviyyələr üzrə ayrı günlər və saatlarda təşkil olunur (məqsəd yuxarı və aşağı səviyyəli tələbələr arasında kompleks yaratmamaqdır);

  2. Xaricdə təhsil almış moderatorlar tərəfindən keçirilir;

  3. Ən əsası Barattsonun tələbələri üçün giriş ödənişsizdir!!! (Kənar şəxslər üçün isə ödəniş 5 AZN təşkil edir)».

Keçirilmə vaxtları:

Caspian Plaza və Elmlər filialı:

Şənbə günləri – Elementary və Pre – intermediate səviyyələri üzrə saat 14:00; Intermediate və Upper – intermediate səviyyələri üzrə saat 15:30

Bazar günləri –  Elementary və Pre – intermediate səviyyələri üzrə saat 14:00; Intermediate və Upper – intermediate səviyyələri üzrə saat 15:30.

Təlimin müddəti

«Təlimin müddəti 3 aydır. Qrup şəklində həftədə 2 dəfə ( Verbal və Math ayrı-ayrılıqda) olmaqla hər dərs 2 saat, fərdi şəkildə isə 1 saat 30 dəqiqə keçirilir».

Ödəniş:

SAT təlimi (Qrup Dərsi) 48 saat
Saat     Adi (AZN)    İntensiv (AZN)
09:00-11:00 129 193
11:00-13:00 139 208
13:00-15:00 99 148
15:00-17:00 149 223
17:00-19:00 119 178
19:00-21:00 159 238
SAT təlimi (fərdi dərs) 36 saat
Saat   Adi (AZN)      İntensiv (AZN)
09:00-17:00 720 1080
17:00-21:00 900 1350

 

«SAT təliminə qatılmaq üçün namizədin ingilis dili səviyyəsini müəyyən etmək məqsədilə bizdə placement test keçirilir. Təlimə qatılmaq üçün yaş məhdudiyyəti yoxdur və yalnız ingilis dili səviyyəsi Intermediate (70%+) olmalıdır.

 

Qeydiyyatdan keç 

 

Social messengers