IELTS Sınaq İmtahanı | Barattson - Employability through education!

IELTS Sınaq İmtahanı

Ümumi məlumat

Vaxtınıza və pulunuza qənaət etməklə Rəsmi IELTS imtahanının qorxusunu sındırmaq istəyirsinizsə IELTS Sınaq imtahanı elə sizin üçündür.

Nəticəsi beynəlxalq səviyyədə tanınan IELTS imtahanı kimidir,sadəcə IELTS imtahanı rəsmi imtahan   deyil. Əldə olunan nəticələr imtahan namizədlərini rəsmi imtahan nəticəsinə daha da yaxınlaşdırır.

Qeydiyyat saatı: 08:30-09:00  (Bu vaxtdan gec gəlsəniz təəssüfki imtahana buraxılmayacaqsınız.)

İmtahan saatı: 9:00 - 12:30  

İmtahan keçirilmə tezliyi: Ayda 3-4 dəfə, Hər bazar günləri (Speaking imtahanı 1 gün əvvəl keçirilir (istisna hallarda digər günlər). 

İmtahan strukturu:

  • Listening, Reading, Writing və Speaking.

  • Bazar günü imtahanın Listening, Reading, Writing bölməsi keçirilir.

  • Speaking imtahanı 1 gün əvvəl keçirilir (istisna hallarda digər günlər). Speaking-də examiner tərəfindən feedback verilir. Speaking imtahanının vaxtı SMS vasitəsi ilə əvvəlcədən göndərilir.

Cavabların açıqlanması:

  • Cavablarınız  imtahan verdiyiniz vaxtdan, 3 gün keçdikdən sonra açıqlanır. İmtahandan sonra təyin olunmuş vaxtda IELTS Expert ilə seminar keçirilir (seminarın vaxtı imtahanda deyiləcək)  və siz yalnız  seminar ərzində öz sual kitabçalarınıza, düzgun cavablara və writing-də qoyulmuş feedback-ə baxa bilərsiniz.

  • Cavablarınız  sizə TEST REPORT FORM-unda təqdim olunur.

QEYDİYYATLA bağlı sual

Qeydiyyat 2 formada keçirilə bilər:

  1. Özünüz qeydiyyatdan keçirsiz.
  • barattson.com saytına daxil olursuz.

  • Online Registration bölməsindən Exam Registrationa daxil olursunuz.

  • Özünüzə uyğun imtahan tarixini seçib qeydiyyatdan keçirsiniz.

2) Əgər qeydiyyatdan keçmək üçün vaxtınız yoxdursa, məlumatlarınızı (Ad, soyad,aktiv mobil nömrə,e-mail,module və şəxsiyyət vəsiqəsinin hər iki üzünün şəklini) bizim Whatsapp nömrəmizə (055-504-44-97) göndərə bilərsiniz və ya ofislərdən birinə yaxınlaşa bilərsiniz.

Xidmət haqqı:

Nağd və  Onlayn ödəniş -39 AZN.

Ödənişin ve qeydiyyatın son tarixi imtahandan 2 gün öncə bitir,yəni 5-ci gün saat 17:00 kimi, lakin bəzən yerlər məhdud sayıda olduğu üçün, sistem daha tez bağlana bilər.

İmtahanın vaxtını dəyişmək istəyirsinizsə 2 gün öncədən mail vasitəsi ilə (ieltsmock@barattson.com) məlumat verilməlidir.

Ünvan: Elmlər m. yeni çıxışı; B.Vahabzadə küç 5., BDU-nun əsas girişi ilə üzbəüz. Barattson. 3cü mərtəbə

 

Qeydiyyatdan keç 

 

Social messengers