Barattson – Rəsmi IELTS Test Mərkəzi!

Haqqında

Barattson ilk yarandığı gündən Azərbaycanda beynəlxalq təhsil standartlarını tətbiq etməyi və qısa zamanda Azərbaycan bazarında lider olmağı, habelə bir sıra beynəlxalq imtahanların rəsmi mərkəzi olmaq hədəfini qarşısına məqsəd qoymuşdur. Beynəlxalq imtahanlardan ən sürətli inkişaf edən, ən çox rəğbət qazanan və tələbat duyulan məhz IELTS imtahanıdır. IELTS üç partnyor təşkilat tərəfindən idarə olunur: Cambridge English Language Assessment (Cambridge ESOL), The British Council və IDP: IELTS Australia. Cambridge ESOL test müəlliflərinin beynəlxalq tərtibatçılar komandası IELTS məzmununu hazırlayır və inkişaf etdirirlər, British Council və IDP: IELTS Australia testlərin təşkili, idarəolunması və nəzarəti, qiymətləndirilməsini və şəffaflığını təmin edirlər.
Dil proqramlarını tədris edən təlim mərkəzi kimi, Barattson IELTS qurumlarına müraciət edib və IDP Australia tərəfindən AZ018 nömrəsi ilə akkreditə olunmuş, lisenziyalı Test mərkəzi adına layiq görülüb.

IELTS (International English Language Testing System) ünsiyyət dili ingilis dili olan bir çox ölkədə təhsil almaq və ya çalışmaq istəyən namizədlərin dil bacarıqlarını ölçmək üçün tərtib edilmişdir.

IELTS dil bacarıqlarının qiymətləndirilməsinin ən yüksək beynəlxalq standartıdır. Dil biliklərinin dörd aspektini - dinləmə, oxu, yazı və danışıq bacarıqlarını 9 ballıq qiymətləndirmə sisteminə əsasən ölçən ilk test olmuşdur.

IELTS dünya üzrə 140-dan çox ölkədə, xüsusən Avstraliya, Kanada, Yeni Zelandiya, Birləşmiş Krallıq və ABŞ-da fəaliyyət göstərən universitetlər və işə götürənlər tərəfindən tanınır. Həmçinin IELTS 3000-dən artıq peşəkar qurumlar, immiqrasiya və digər dövlət agentlikləri tərəfindən tanınır və qəbul olunur. Rəsmi dili ingilis dili olmayan, lakin tədris dili ingiliscə aparılan bir çox ölkənin təhsil ocaqlarında dil səviyyəsini isbatlayan rəsmi sənəd kimi IELTS sertifikatı tələb olunur.

IELTS iki formatda mövcuddur – Academic və General Training. Qeydiyyatdan keçərkən iki formatdan birini seçmək imkanı veriləcəkdir. Müvafiq modul üzrə imtahan verən şəxslər eyni dinləmə və danışıq, lakin fərqli yazı və oxu testlərini yerinə yetirirlər.

IELTS Academic və IELTS General Training modullarını fərqləndirən xüsusiyyət imtahanın hansı məqsədlə verilməsidir.
IELTS Academic tədrisin ingilis dilində həyata keçirildiyi bir çox ali təhsil müəssisələrinə qəbul olunmaq üçün qoyulan tələblərdən biri kimi qəbul olunmuşdur.

IELTS General Training Avstraliya, Kanada, Yeni Zelandiya, Böyük Britaniya kimi ingilis dilli ölkəyə miqrasiya edib yaşamaq, orta təhsilini tamamlamaq və ya təlim proqramında iştirak etmək məqsədilə ingilis dilli ölkəyə səfər etməyə hazırlaşan şəxslər üçün münasib sayılır.

İngilis dili üzrə mütəxəssislər qrupu tərəfindən tərtib edilmiş və inkişaf etdirilmiş IELTS imtahanı dil biliklərini ədalətli və dürüst şəkildə müəyyən edir. 

IELTS imtahanından qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edin:

http://ielts.barattson.com/

Alternativ olaraq bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlayın:
Ünvan: Bəxtiyar Vahabzadə küç 5, AZ 1141 Bakı, Azərbaycan (Elmlər Akademiyası m/st 2-ci çıxışı 3-cü mərtəbə.
+994 12 505 44 97
+994 70 205 44 93
ielts@barattson.com