Orxan İsayev

9 ildən çox iş təcrübəsinə malik olan Cənab Orxan İsayev insan resurslarının idarə edilməsi, biznes proseslərinin idarəedilməsi, korporativ performans idarəetməsi və strateji idarəetmə sahələri üzrə aparıcı peşəkardır. Təhsilinin bakalavr və magistratura pilləsini Biznesin idarə edilməsi (BBA və MBA) üzrə müvafiq olaraq Qafqaz universiteti və ABŞ-ın Corciya universiteti ilə ortaq proqramı ADNA-da təhsilini bitirmişdir. İş təcrübəsinə Chemonics interneyşnl kimi xarici şirkətdə başlayan və iş təcrübəsinin 7 ilini idarəetmə üzrə konsultasiya şirkətində HR menecer və konsultant olan cənab Orxan İsayev İnsan resurslarının idarəedilməsi üzrə ölkədə ən böyük layihə olan SOCAR HR infrastrukturunun qurulması layihəsində 4 ilə yaxın, İR və biznes proseslərin idarə edilməsi üzrə konsultant kimi fəaliyyət göstərmişdir. Xaricdə insan resurslarının idarə edilməsi sisteminin qurulması layihəsində HR konsultant olaraq işləyən İsayev, eyni zamanda MOSS ADAMS Azərbaycan şirkətində Strateji biznes partnyor vəzifəsini daşımışdır. İnsan resurslarının idarə edilməsi üzrə beynəlxalq CHRM sertifikatının sahibidir.

7 ildən çox peşəkar təlimçilik təcrübəsinə sahib olmaqla Azərbaycanda bir çox holdinqlərə, xarici şirkətlərə və dövlət müəssisələrinə xüsusilə insan resurslarının idarəedilməsi, soft skills, menecment, strateji idarəetmə sahələrində təlimlər verir. İnsan resursları üzrə təlim və kurslarda iştirak edən məzunları Azərbaycanda fəaliyyət göstərən xarici və yerli şirkətlərdə insan resursları üzrə müvafiq vəzifələri tuturlar. Almaniyada menecerlərin təlim proqramı çərçivəsində Azərbaycanı təmsil edən cənab Orxan İsayev xaricdə strateji idarəetmə, beynəlxlaq insan resursları, insan resursları kimi sahələrdə təlimlər almış və Almaniyada tanınmış şirkətlərdə təcrübə keçmişdir. İnsan resursları sahəsində bir sıra xarici İR qurumlarının peşəkar üzvüdür. O eyni zamanda ABŞ-da strateji insan resursları üzrə bir çox sessiyalarda iştirak etmiş və masterclass-larda yer almış.

O.İsayev bir neçə beynəxalq insan resursları qurumlarında peşəkar üzv statusuna sahibdir. Beynəlxalq CIPD CHRM sertifikatına sahib olmaqla hal-hazırda CIPD üzrə ən yuxarı dərəcə olan Advanced Diploma proqramı üzrə təhsil alır. İnsan resursları və insan idarəetməsi (people management)üzrə bir sıra məqalələrin sahibidir. Azərbaycanda İnsan resursları sahəsinin inkişafı və dəyərinin artırılması ilə bağlı assosiativ fəaliyyətini həyata keçirməklə, Azərbaycan İnsan Resursları Peşəkarları (Azerbaijan Human Resources Professionals) platformasının təsisçisi və rəhbəridir. Hal-hazırda menecement və HR konsaltinq şirkəti olan Business Partner MMC-nin rəhbəridir.

Social messengers