Afiq Fərzullayev

Afiq Fərzullayev 2005-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini Dilçilik (İngilis dili) ixtisası üzrə bitirib. O həm də London Təlim Kursu tərəfindən təqdim olunan TESOL  və TEFL sertifikatlarına sahibdir. Tələbələri ilə ünsiyyət qurarkən səmərəli tətbiq etdiyi İngilis dili və ünsiyyət bacarıqları onu digrələrindən fərqləndirməyi bacarır. Afiq bəy professional, biznes və özəl müştəriləri ilə həm fərdi, həm də qrup şəraitində ümumi İngilis dili, IELTS və SAT (şifahi) təlimçisi kimi doqquz illik iş təcrübəsinə malikdir. Universitet tələbəsi kimi qazandığı uğurlara gəlincə isə, o tələbə olarkən TOEFL (92 bal) və IELTS ( bal 7.5) sertifikatlarını almış və 2003-cü ildə İngiltərənin Kardiff şəhərində təşkil edilən yay düşərgəsində iştirak etmişdir.