Zeynal Zeynalov | Barattson - Employability through education!

Zeynal Zeynalov

Zeynal Zeynalov, Misir, Qahirə Universiteti İqtisadiyyat və Siyasi Elmlər fakültəsinin İqtisadiyyat və Sosial Hesablama bakalavr dərəcəsini bitirmişdir. Təhsil aldığı müddətdə o, iqtisadiyyat, e-ticarət, e-biznes və qərar qəbulu haqqında biliklər əldə etmiş, daim inkişafda olmuşdur. 1 iyun 2019-cu ildən Zeynal Zeynalov Barattsonda müvəqqəti baş icraçı direktor vəzifəsindədir. 

Zeynal Zeynalov 2007-ci ildən 2011-ci ilə qədər Misirdə beynəlxalq ticarət və sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2011-ci ildən 2012-ci ilə qədər isə "Dəvəçi Broyler" ASC və " Bakı Qida Şirkəti ”MMC-də çalışmışdır. Daha sonra Al-Chicken restoran meneceri oldu və 2012-ci ildən 2014-cü illər arası isə fəaliyyətini Al-Chicken restoranında restoran meneceri olaraq davam etdirdi. 2014-cü ildə isə "Saba" ASC - "Bakı Qida Şirkəti" MMC-də Əməliyyat Meneceri və daha sonra eyni şirkətin baş meneceri vəzifəsində işləməyə başladı. Öz üzərinə götürdüyü peşəkar vəzifələr sayəsində o layihə rəhbərliyi, komanda qurma, vaxt idarəçiliyi, liderlik, problemlərin həlli, qərar qəbul etmə, ünsiyyət strategiyaları, münaqişəni idarəetmə və s bacarıqlara yiyələnmişdir.  

Social messengers