Fuad Abdullayev | Barattson - Employability through education!

Fuad Abdullayev

Fuad Abdullayev, 2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Sənayenin təşkili və idarə olunması ixtisasını üzrə bakalavr dərəcəsini bitirmişdir. 2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili və idarə olunması ixtisası üzrə magistr dərəcəsini bitirmişdir. 2016-cı ilin 20 avqust-20 oktyabr aralığında ASAN Xidmət mərkəzində könüllü kimi fəaliyyətə başlamışdır.

2017-ci ilin 30 yanvar tarixindən 1 may tarixinə kimi Azər-Türk Bank ASC-də Marketinq Departamentində 3 aylıq təcrübə proqramında iştirak etmişdir. Cari ilin iyun-iyul aylarında Fuad Amrahbank ASC-nin Binəqədi filialında təcrübə proqramında iştirak etmişdir.

2017-ci ilin oktyabr-dekabr aylarında Barattson MMC-nin təcrübə proqramında aktiv iştirak etmişdir. Fuad şirkətdə göstərdiyi yüksək performansı nəzərə alınaraq dekabr ayından etibarən ona Layihə menecerinin köməkçisi vəzifəsi təklif edildi. Sentyabr ayına kimi bu vəzifəni həyata keçirən Fuad oktyabr ayından Tədqiqat və inkişaf üzrə mütəxəssis vəzifəsində işləməyə başladı.

Fuad bu dövr ərzində Şirkət daxili və xaricində şirkət daxilində xidmətlər üzrə sorğuların keçirilməsi və nəticələrin analiz edilməsi, Daxili CRM sisteminin qurulmasında, şirkət üçün yeni məhsulların hazırlanmasında (ACCA Placement Test, ACCA FA Trial, SAT trial və s.), HR sisteminin Excel üzərində avtomatlaşdırılmasında,Daxili və xarici tədbirlərinin keçirilməsinin sistematik şəkildə aparılmasının prosedurunun hazırlanmasında və bir sıra layihələrdə birbaşa iştirak etmişdir.

Həmçinin Fuad Bakı Müasir Təhsil Kompleksində İngilis dili imtahanının keçirilməsi, KOBİA, Daşınmaz əmlakın satışı üzrə veb təqdimatın hazırlanması layihəsində iştirak etmişdir.

Fuad şöbənin işlərin artması ilə əlaqədar idarəetmədə sistematikliyi yaratmaq  məqsədilə İT layihələrdə ən çox istifadə olunan Agile Scrum metodologiyasını Qeyri-İT sahəyə tətbiq etdi.

Fuad 2018-ci ilin Oktyabr ayından Daxili idarəetmə sistemi olan SchoolMan sisteminin administratoru, 2019-cu ilin iyun ayından isə Barattson rəsmi saytının administratoru işini görür.

13 yanvar 2020-ci ildən etibarən Tədqiqat və inkişaf şöbəsinin meneceri vəzifəsində fəaliyyət göstərir.

Social messengers